Bakı, Xətai rayonu, Xocalı prospekti 62

+(994) 70 204 84 34 info@ekzo.az

Çatdırılma bütün Azərbaycana

0

Ekzotik ölkələr

Sinqapur adı əsasını malay dilindəki “sinq” (şir) və sankrit dilindən “pur” (şəhər) sözlərindən götürüb.

Sinqapurun milli gülü Vanda Miss Joaquim adlı orxideya hesab olunur. Bu gül uzun ömürlülüyü və il boyu çiçəklənməyi sayəsində sinqapurluların rəmzinə çevrilib.

Sinqapur əsasən bir böyük adada yerləşir. Lakin onun tərkibinə 63 kiçik ada daxildir. Onların bir çoxu kimsəsiz adalardı.

Sinqapur dünyanın 20 ən kiçik ölkələrinin siyahısına aiddir. Sinqapurun əhalisi 4,5 milyon insan təşkil edir. Əhalinin əksəriyyətini çinlilər (78%), malayziyalılar (14%), hindlilər (7%) və avropalılar təşkil edir.

Şəhərin rəmzi şir başlı balıq Merliondur. Hər sentyabr bu əfsanəvi heyvanın şərəfinə bayram təşkil olunur.

Sinqapur demək olar ki, ekvatorda yerləşir. Burada hətta göy üzünü buludlar əhatə edəndə də günəş yanıqları almaq olar.

Sinqapurda demək olar ki, il boyu hər gün yağış yağır. Buna görə yerli əhali daim özləri ilə çətir gəzdirirlər.

Sinqapur dünyada əhalinin sıxlığına görə ikinci yeri tutur.

Bu ölkənin milli dili malayziya hesab edilir. Lakin Sinqapurda dörd rəsmi dil mövcuddur. Bunlar ingilis, çin, tamilya və malayziya dilləridir.

Sinqapurun beynəlxalq hava limanı Çangi bütün Cənub-Şərqi Asiyada ən böyük aviasiya mərkəzi hesab olunur.

Bu ölkədə yüksək cərimələr və sərt qanunlar tətbiq olunduğu üçün Sinqapuru zarafatla «Fine city» adlandırırlar.

Sinqapurda həqiqətən də çoxlu cərimələr var. Məsələn, yerə tüpürdükləri üçün, ictimai yerlərdə siqaret çəkdikləri üçün, zibili küçəyə atdıqları üçün, nəqliyyatda yemək yedikləri üçün insanları 500 sinqapur dollarından (400 USD) başlayan qiymətlərlə cərimə edirlər. Ən gülməli cərimələrdən biri: gülləri suladıqdan sonra dibçəkdə su qalarsa həmin şəxs cərimə edilir. Bu su ağcaqanadlarını cəlb etdiyi üçün tətbiq olunur. Çünki Sinqapurun hökuməti artıq neçə ildir ki, burada həşəratların kökünü kəsib. Və bu addımın sayəsində Sinqapur malyariya epidemiyasından xilas olub. Həmçinin qətl, quldurluq, oğurluq, təcavüz, vandalizm və s. cinayətlərə görə həbs cəzasından əlavə cinayətkarları qamış çubuğu ilə döyərək cismani cəzaların tətbiq olunmasına icazə verilir.

Bundan savayı, Sinqapurda uşaqlara qarşı ev cəzaları istifadə olunur. Mağazalarda bu məqsəd üçün balaca, yüngülləşdirilmiş qamış çubuqları satırlar.

Həmçinin ölkədə ölüm cəzası da (dar ağacından asmaq) tətbiq olunur. Bu cəzalar xüsusi qəddar qətl hadisələri törətmiş, narkotiklərin ticarəti məşğul olan şəxslərə, korrupsiyaya yol vermiş, dövlət xainlərinə və prezidentin həyatına qəsd edənlərə qarşı istifadə olunur.

Məhkəmə sisteminin və qanunvericiliyinin sayəsində Sinqapur dünyanın ən təhlükəsiz və qanunlara riayət olunan ölkəsi sayılır. Bu ölkədə cinayətlərin səviyyəsi isə dünyada ən aşağı göstəricidir. Şəhərin hər bir məhəlləsində həm səhər, həm də gecə rahat gəzmək olar.

Küçələrdə demək olar ki, polislər olmur. Lakin hər yerdə asayişə nəzarət edən həm gizli, həm də aşkar kameralar var.

Sinqapurun təbii sərvətləri yoxdur. Bu ölkə hətta təmiz suyu Malayziyadan idxal edir.

Sinqapur həmçinin sağlamlıq mövzusunda da dünyada lider mövqeyə sahibdir. Amerikanın maliyyə-iqtisadi agentliyi Blombergin (The World’s Healthiest Countries 2012) verdiyi məlumatlara görə Sinqapurun əhalisinin sağlamlıq göstəriciləri bütün dünyada ən yüksək göstəricilərdi.

Bir çox qurmanlar Sinqapuru bu ölkənin zəngin mətbəxi olduğu üçün sevirlər. Burada bir sıra ölkələrin (Çin, Malayziya və Hind) milli mətbəxlərinin qarışdığı üçün hər bir zövqə uyğun yemək tapmaq olar. Bu ölkədə restoranların və qiymətlərin səviyyəsindən asılı olmayaraq hər zaman təmiz və keyfiyyətli yeməklər əldə etmək olar.

Həmçinin burada qida qəbul etməyin müxtəlif üsulları var. Yerli əhali məharətlə həm çubuqlardan, həm qaşıqdan, həm də sağ əllərindən (sol əl çirkli hesab olunur və qida qəbul etmək üçün istifadə olunmur) istifadə edirlər.

İqtisad məsələsində Sinqapur London, Nyu-York və Honkonqdan sonra dünyada dördüncü aparıcı maliyyə mərkəzi sayılır. İnflyasiyanın səviyyəsi 2-3 % təşkil edir. Sinqapurluların orta gəlirləri ildə 34 min dollar təşkil edir.

Dünyada yeganə gecə Formula-1 yarışları «Formula 1 Singtel Singapore Grand Prix» Sinqapurda keçirilir.

Sinqapur zooparkı dünyanın ən gözəl zooparklarından biri hesab edilir. Burada heyvanlar qəfəslərdə olmurlar, zooparkın ərazisində sərbəst şəkildə gəzirlər.